AZ

Marsda zaman Yer kürəsindən daha sürətlidir  

Marsda zamanın Yer kürəsindən 477 mikrosaniyə daha sürətli keçdiyini müəyyən edilib.  Tədqiqat ABŞ Milli Standartlar və Texnologiya İnstitutu tərəfindən aparılıb.

Bəs zaman niyə fərqli axır? Tədqiqatçılar bunu Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə izah etdilər. Zamanın daha zəif cazibə qüvvəsinin olduğu yerlərdə daha sürətli axdığını iddia edən nəzəriyyəyə görə, Marsda zamanın daha sürətli axması planetin səth cazibə qüvvəsinin Yer kürəsindəkindən 5 dəfə zəif olması ilə əlaqədardır. Lakin bu fərq qırmızı planetə insan missiyalarını təhlükə altına qoya bilər. Çünki zaman axınının fərqli olması Yerlə ünsiyyəti çətinləşdirir. Bu, həmçinin naviqasiya sistemlərinin sinxronizasiyasında problemlərə səbəb ola bilər.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
71
azerbaijan-news.az

1Mənbələr