AZ

Aİ öz büdcəsindən Ukraynaya kredit verir - Kosta

Avropa Şurasının sədri Antonio Kosta Aİ sammitindən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının Ukraynaya öz büdcəsindən 90 milyard avro kredit ayırmağa qərar verdiyini bildirib.

“Yeni Sabah" xəbər verir ki, o izah edib ki, kredit "yalnız Rusiya təzminat ödədikdən sonra Ukrayna tərəfindən ödənilməlidir".

Avropa Şurasının rəhbəri əlavə edib ki, Brüssel “dondurulmuş Rusiya aktivləri hesabına bu krediti ödəmək hüququnu özündə saxlayır” və “Avropa Komissiyasına onlarla işləmək üçün mandat verir”.

Kosta bəyan edib ki, Aİ liderləri Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi zərurətində razılaşıblar.

O bəyan edib ki, bu “qərarlar Moskvanı danışıqlar masası arxasına qaytarmaqla Ukraynada uzunmüddətli sülhə nail olmaq məqsədi daşıyır” və Kiyevi özünümüdafiə üçün lazımi vasitələrlə təmin edir, həmçinin “Rusiyaya aydın siqnal göndərir”.

"Birincisi, siz Ukraynada öz məqsədlərinizə nail ola bilmədiniz. İkincisi, Avropa dünən Ukraynanın yanında olub, bu gün də onun yanındadır və nə qədər lazımdırsa, onun yanında olacaq", - Avropa Şurasının rəhbəri yekunlaşdırıb.


Telegram kanalımız
Seçilən
117
yenisabah.az

1Mənbələr