Tovuzda evdən kişi meyiti aşkarlanıb.
NOCOMMENT.az–ın Qərb bürosunun məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü Ramin Cəfərovun yaşadığı evdən meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Gəncin ölüm səbəbləri araşdırılır.
