AZ

Kristian Terner Böyük Britaniyanın ABŞ-də yeni səfiri təyin olunub

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer karyera diplomatıKristian Terneri Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsinətəyin edib.

Trend xəbər verirki, bu barədə "Sky News" kanalı məlumat yayıb.

Qeyd olunur ki, 2025-ci ilin may ayında Kristian Terner BöyükBritaniyanın BMT-dəki Daimi Nümayəndəsi kimi təsdiqlənib və yaxınvaxtlarda vəzifəsinin icrasına başlayıb. O, 2023-cü ilinyanvarından 2025-ci ilin sentyabrınadək Böyük Britaniyanın Xariciİşlər Nazirliyinin Siyasi Direktoru vəzifəsində çalışıb. Bundanəvvəl, 2019–2023-cü illərdə Pakistanda Britaniya Ali Komissarı,2012–2016-cı illərdə isə Keniyada Britaniya Ali Komissarı olub.Terner 2002–2006-cı illərdə ABŞ-dəki Britaniya səfirliyində BirinciKatib vəzifəsini də icra edib.

ABŞ paytaxtı Vaşinqtondakı Britaniya diplomatik missiyası builin sentyabr ayının əvvəlindən, Kir Starmerin missiyanın rəhbəriLord Piter Mandelsonu vəzifəsindən azad etməsindən sonra səfirsizfəaliyyət göstərirdi.

Seçilən
174
az.trend.az

1Mənbələr