AZ

FRANSADA XAOS

Fransa, düyünlü dermatit xəstəliyinin yayılması ilə mübarizə aparmaq üçün silahlı qüvvələrini səfərbər edib.

Publika.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

"Fransa, düyünlü dermatit epidemiyasının qarşısını almaq üçün heyvanların peyvəndlənməsini həyata keçirmək və sürətləndirmək məqsədilə hərbi qulluqçularını cəlb edib", - məlumatda deyilir.

Nəşrin məlumatına görə, Fransa ordusu ölkənin cənub-qərbinə yüz minlərlə mal-qara peyvəndini hava yolu ilə daşıyıb və təxminən 750.000 inəyin peyvənd olunmasına kömək edəcək. Virus aşkar edildikdə bütün sürülərin məhv edilməsi siyasətindən qəzəblənən fermerlər magistral yolları bağladığı üçün hökumət Yeni il tətillərinin pozulmasından ehtiyat edərək böhranı yatırmaq üçün peyvəndləməni sürətləndirir.

Seçilən
41
7
publika.az

8Mənbələr