AZ

Azərbaycanda süni qar necə yağdırılır? - AÇIQLAMA

“Süni qar deyəndə bəziləri elə düşünür ki, kimyəvi maddələrdən istifadə olunur. Bu, düzgün deyil. Süni qar yalnız sudan hazırlanır. Su yüksək təzyiq altında xırda hissəciklərə çevrilir və aşağı temperaturun təsiri ilə qar və buz dənəcikləri əmələ gəlir”.

“Ölkə.Az" xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov süni qar istehsalı ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, təbii qarın bol olması süni qar istehsalına ehtiyacı azaldır ki, bu da elektrik enerjisinə və su ehtiyatlarına qənaət etməyə imkan verir.

Sədr bildirib ki, mərkəzdə süni qar istehsalı mərhələli şəkildə genişləndirilir və 2026-cı ildə Şahdağ ərazisində 600 süni qar generatorunun fəaliyyəti nəzərdə tutulur.

Qurum rəhbəri qeyd edib ki, bu ilin dekabrın 15-dək Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib. Sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım deməkdir.

Seçilən
26
3
olke.az

4Mənbələr