AZ

Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram Valdas Dambrauskas

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

"Sabah" Misli premyer-liqasının 1-ci turunun təxirə salınmış oyununda "Qarabağ"a qalib gəldi - 2:1."Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Futbolçularımı təbrik edirəm, inanılmaz performans göstərdilər və tərifəlayiq olduqlarını düşünürəm. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Əsl futbol atmosferi var idi. Azarkeşlər də keyfiyyətli oyunu seyr etdi.- Liderliyinizi sona qədər qoruya biləcəyinizi düşünürsüz?- Turnir cədvəlinə sonda baxacağıq. Futbolçularıma qarşıda hələ bir oyunun olduğunu da söylədim. Rəqiblər bizə fərqli yanaşırlar. Ümumi olaraq inkişafımızdan razıyam. - Daha əvvəlki çıxışlarınızda tez-tez oyunçularınızdan narazılığınızı bildirirdiz. Bu matçdan sonra da narazı qaldığınız məqam oldu?- Təbii ki, bugünkü matçda da bəzi məqamlardan narazı qaldım. Rəqib ilk hissədə bizə boşluqlar verirdi. Bu boşluqlardan istifadə edib cərimə meydançasına daxil olsaq da, qol vura bilmirdik. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Matçın ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddən artıq hörmət göstərdik. Düzəltməli olduğumuz çox şey var.- Qış transferində heyətdə dəyişiklik gözlənilirmi?- Bu heyətdən məmnunam. Zədəlilərimiz var. Cesse Sekidika ötən mövsüm komandamızda ən çox qol vuran oyunçulardan olsa da, zədəlidi. Onun qısa zamanda formasına geri dönəcəyinə ümid edirik. Yeni transferlər barədə tələsməməliyik. Transfer edəcəyimiz oyunçular üslubumuza uyğun olmalıdı. Bu barədə daha detallı müzakirələr aparacağıq. - Maludanı komandada saxlamaq üçün hər hansı bir addım atmağı düşünürsüzmü?- Mən idman direktoru və yaxud menecer deyiləm. Mənim işim futbolçuların bacarıqlarını artırmaqdı. Maluda çox istedadlıdı, böyük işlər görür. Etdiklərindən də məmnunuq. Onun klubdakı taleyi mənim əlimdə deyil. Bu barədə klub rəhbərliyindən soruşmaq lazımdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
4
icma.az

5Mənbələr