AZ

İsraildən Suriyaya basqın mülki şəxslər atəşə tutuldu

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail ordusu Suriyanın cənub-qərbindəki Kuneytra əyalətinin Muallaka kəndinə basqın edərək dinc sakinlərə atəş açıb.

525.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası “Əl-İxbariyyə” məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu zirehli texnika ilə Muallaka kəndinə doğru irəliləyib. Dinc əhaliyə atəş açan və buldozerlərlə söküntü işləri aparan İsrail bölməsi kənddə yeni torpaq bəndlər qurub.

Dəməşq hökuməti bəyan edib ki, İsrailin mülki əhaliyə qarşı reydləri və hücumları 1974-cü il Müqaviləsinin açıq şəkildə pozulmasıdır.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
525.az

1Mənbələr