AZ

Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi üçün 82 min manat

“Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması ilə bağlı prosedura başlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma çərçivəsində B və C sinif tibbi tullantıların 23.651 km məsafədə daşınması və 450 m² həcmində zərərsizləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, D sinif tibbi tullantıların 1.700 km məsafədə daşınması və 35 kq həcmində zərərsizləşdirilməsi də satınalma predmetinə daxildir.

Satınalma üzrə ehtimal olunan qiymət 81.660,25 AZN olaraq müəyyən edilib.

Seçilən
46
nocomment.az

1Mənbələr