AZ

Aleksandr Topuriya UFC titulu uğrunda Petr Yanla döyüşmək niyyətini açıqlayıb

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Yüngül çəki dərəcəsində UFC döyüşçüsü Aleksandr Topuriya təşkilata dair gələcək planları ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, idmançı rusiyalı Petr Yanla döyüşməyə hazır olduğunu bildirib.

“Rəqib olmaq istədiyim bir döyüşçü var. Merab artıq çempion deyil və onun qayıdıb kəmərini Petr Yandan alacağına şübhəm yoxdur. Onu hesabdan kənarda qoysaq, məni maraqlandıran yeganə adam çempiondur. Buna layiq olduğumu demirəm, amma istədiyim budur - kəməri olan bir adama ehtiyacım var. Merab istisnadır. Əgər o, yenidən çempion olarsa, sakitcə kənara çəkiləcəyəm. Amma hazırda o, çempion deyil, ona görə də Petr Yanla döyüşməkdə maraqlıyam”, - Topuriyanın sözlərini “Marca” nəşri yayımlayıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
icma.az

2Mənbələr