AZ

Kenan üçün 100 milyon tələb edirlər

İngiltərənin nəhəng klubu “Mançester Yunayted” klubu “Yuventus”un gənc ulduzu Kenan Yıldızı yaxından izləyir.

İdmanxeber.az xəbər verir ki, “qırmızı şeytanlar” hücum xəttini gücləndirmək üçün milli futbolçunu transfer hədəfləri sırasında ön sıralara çıxarıb.

Turin təmsilçisinin isə oyunçu üçün tələb etdiyi məbləğ məlum olub. Xəbərdə bildirilir ki, transferin ən azı 90-100 milyon avroya başa gələcəyi gözlənilir.

“Mançester Yunayted”in bu rəqəmi qarşılayıb-qarşılamayacağı və iki klub arasında rəsmi danışıqların nə vaxt başlayacağı yaxın müddətdə müəyyənləşəcək.

Seçilən
85
idmanxeber.az

1Mənbələr