ain.az bildirir, Idman.biz portalına istinadən.
Şotlandiyanın “Seltik” klubu iki həftə əvvəl vəzifəyə başlamasına baxmayaraq, Uilfrid Nensini baş məşqçi vəzifəsindən azad etməyi düşünür.
İdman.Biz-in xəbərinə görə, bu barədə jurnalist Peter Martin X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Nensinin komandaya rəhbərlik etdiyi dövr ərzində “Seltik” Şotlandiya Premyer Liqasının lideri “Harts”a 2:1 hesabı ilə uduzub, Avropa Liqasında “Roma”ya 3:0 hesabı ilə və Liqa Kubokunun finalında “Sent-Mirren”ə 3:1 hesabı ilə məğlub olub. Bunun ardından komanda Premyer Liqada “Dandi Yunayted”ə 2:1 hesabı ilə uduzub.
Nensinin “Seltik”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Məşqçi əvvəllər Şimali Amerikada çalışıb, “Monreal İmpekt” klubu ilə Kanada çempionu olub, “Kolambus Kryu” ilə isə MLS Kubokunu və Liqa Kubokunu qazanıb.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.