ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Mayamidə Qəzza sektorundakı münaqişənin növbəti mərhələsinin sülh yolu ilə həlli məsələsini Qətər, Misir və Türkiyənin yüksək səviyyəli nümayəndələri ilə müzakirə edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadla məlumat yayıb.
Görüşdə Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər naziri Badr Əbdül Ati iştirak edəcəklər.
Oktyabrın 6-da İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza münaqişəsinin həlli üzrə dolayı danışıqları bərpa ediblər.