AZ

Xətai prospektində zolaqların əyilməsi nəyə lazımdır? FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün bir sıra inkişaf etmiş ölkələrin paytaxtlarında yol infrastrukturu ilə bağlı atılan addımlar həmin şəhərlərin küçələrində təhlükəsizliyin inkişafına səbəb olur.

Avtosfer.az xəbər verir ki, analoji hal Azərbaycanda da yaşanmaqdadır. Belə ki, Bakının əksər küçələrində hərəkət təhlükəsizliyi səbəbilə infrastruktur layihələri həyata keçirilir. Xətai prospektində hərəkətin təhlükəsizliyini təmin etmək üçün yeni versiya irəli sürülüb. Belə ki, prospektin hər iki tərəfində həm mağazalar, bazarlar, dövlət müəssisələri və məktəb yerləşir. Bu baxımdan, prospektdə sürət həddinin endirilməsinə ehtiyac var.

Ekspertlərin fikrincə ölkə sürücüləri sürəti yalnız radar olan yerlərdə, sıxlıq və tıxac zamanı azaltmağa meyillidir. Xətai prospekti şəhər mərkəzinin dərinliklərinə doğru irəliləyən yol olduğu üçün burda həm Avropa standartlarına uyan, həm də sürücülər üçün çətinlik yaratmayan versiyanın tətbiqi ağlabatandır.

Prospektdə zolaqların əyilməsi versiyası bu gün çox tənqid olunsa da, şəhər küçələrində zolaqların əyilməsi olduqca lazımlıdır. Bu, təhlükəsizlik baxımından vacibdir və "Vision Zero" yanaşmasının da elementlərindən biridir. İctimaiyyət arasında belə bir sual yaranır ki, Xətai prospektində bunu etmək üçün uyğundurmu? Ekspertlər bu sualının cavabı kimi "bəli"ni seçir. Çünki Xətai prospekti tipik şəhər küçəsidir, yol boyu bazarlar, dövlət müəssisələri, məktəb yerləşir. Lakin yol düz və uzundur.

Düz yol "sürətli və təhlükəsiz yol" təəssüratı yaradır. Amma əslində belə deyil. Yolun əyilməsi sürücünü sürəti azaltmağa məcbur edir. Sürücü daha diqqətli olur və bunu könüllü edir.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
avtosfer.az

2Mənbələr