AZ

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib

Belarus ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus xalqına və parlamentinə ünvanladığı müraciətində bildirib. “Biz Qərbin ölkəmizin qapalı və təcrid olunması barədə yaratdığı mifi aradan götürmüşük. Bunu istənilən dünya reytinqləri təsdiqləyir. Belarus turistlərin ən çox səfər etdiyi 50 ölkə sırasında yer alıb (48-ci yer)”, – deyə dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, təkcə cari ildə vizasız ölkəyə gəlmiş 250 mindən çox “maariflənmiş” avropalı Belarusun təhlükəsizliyinə, rahatlığına və gözəlliyinə şəxsən əmin olub. “Bu isə sərhəd-keçid məntəqələrinin yarıdan çoxunun bağlı olduğu şəraitdə baş verib”, – deyə A.Lukaşenko bildirib.

Dövlət başçısı vurğulayıb ki, Rusiya və Çinlə parlaq strateji münasibətlərə malik olmaqla yanaşı, ABŞ rəhbərliyi ilə konstruktiv dialoqun qurulmasına başlanılmasında heç bir mənfi məqam yoxdur. “Xatırladım ki, bu ölkə ən mühüm və ən qüdrətli güc mərkəzlərindən biridir. Bəli, dialoq bəzən sərt və israrlı olur. Bəli, ən xırda detallar belə əhəmiyyət daşıyır. Lakin bu, güclünün güclü ilə apardığı danışıqlardır. Ölkəmizin hörmət və nüfuzu şübhə altına alınmır. Biz mövqelərimizdə qətiyyətlə dayanırıq”, – deyə A.Lukaşenko qeyd edib.

Seçilən
47
2
azerbaijan-news.az

3Mənbələr