AZ

Binəqədidə avtomobil yolunda sürücülərə TƏHLÜKƏVİDEO

Avtomobil yolunun kənarı çöküb. Həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaranıb...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonundandır.

İlkin məlumatlara görə, hadisəyə səbəb dəmir-beton boru xəttinin çökməsi olub. 1984-86-cı illərdə inşa edilən boru xətti Xırdalan şəhəri ilə Biləcəri qəsəbəsinin əhəmiyyətli hissəsinə xidmət edən əsas gətirici kollektor hesab olunur. Kollektor artıq texniki baxımdan yararsız vəziyyətə düşüb və istismar müddətini başa vurub. Nəticədə boru xəttində yaranan çökmə yol örtüyünün də dağılmasına səbəb olub.

Sakinlər bildirirlər ki, bu ərazidə çökmələr tez-tez baş verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
99
xezerxeber.az

1Mənbələr