AZ

ABŞ bir qrup Rusiya vətəndaşı və şirkətini sanksiyalardan çıxardı

Vaşinqton, 18 dekabr 2025 – ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bir neçə hüquqi və fiziki şəxsi Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan çıxarıb.

Rəsmi açıqlamaya görə, siyahıdan yeddi hüquqi və iki fiziki şəxs çıxarılıb. Onların arasında rusiyalı Dmitri Buqaenko və finlandiyalı Yevgeniya Dremova da var.

OFAC bildirir ki, sanksiyaların ləğvi bu şəxslərin maliyyə və ticarət əməliyyatlarına təsir edən məhdudiyyətləri aradan qaldırır. Ətraflı məlumatı OFAC-ın rəsmi saytında əldə etmək mümkündür.

//Samir Qurbanov, Editor.az

Seçilən
85
editor.az

1Mənbələr