AZ

Zelenski: ABŞ ilə sülh planı üzrə danışıqlarda irəliləyiş var

Ukrayna Birləşmiş Ştatlarla sülh planı üzrə danışıqlarda irəliləyiş əldə edir.

Bunu ölkə Prezidenti Volodimir Zelenski Brüsseldə jurnalistlərə bildirib.

O hesab edir ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşlərin tezliyi də danışıqlarda irəliləyişin göstəricisidir.

V.Zelenski Rusiyanın təcavüzünün təkrarlanacağı halda Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ-nin hərəkət alqoritmi barədə ətraflı cavab ala bilmədiyini vurğulayıb.

"Cebheinfo.az" 

Seçilən
40
9
cebheinfo.az

10Mənbələr