AZ

Hərbi yola əl atmaq istəmirik, amma Fidan xəbərdarlıq etdi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyada fəaliyyət göstərən PKK/YPG terror təşkilatı vaxt qazanmağa çalışır.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Türkiyə, Suriya və bəzi digər tərəfdaşlar PKK/YPG -nin prosesləri bilərəkdən uzatdığını düşünür.

Nazir qeyd edib ki, bu terror təşkilatları ümidlərini mümkün yeni regional böhrana və ya İsrailin Suriyaya və digər ərazilərə yönələn ekspansionist siyasətinə bağlayır.

“Biz yenidən hərbi üsullara əl atmaq istəmirik. Lakin terrorçular anlamalıdır ki, prosesdə iştirak edən tərəflərin səbrinin sonu yaxınlaşır. Onlar 10 mart tarixli saziş üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə başlamalıdırlar. Hamı bu sazişin gecikmələrə və təhriflərə yol verilmədən icra olunmasını gözləyir. Çünki biz həmin razılaşmadan kənara çıxılmasını istəmirik”, – Fidan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
115
1
globalinfo.az

2Mənbələr