AZ

Sabiq “fənər”li “Brayton”da noyabrın ən yaxşısı seçildi

İngiltərənin “Brayton” klubunda noyabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu mükafata Türkiyə millisinin üzvü və “Fənərbaxça”nın sabiq futbolçusu Ferdi Kadıoğlu layiq görülüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi ötən ay 26 yaşlı sol cinah müdafiəçisinin iştirak etdiyi 4 rəsmi oyunda 3 qələbə və 1 heç-heçə əldə edib.

Qeyd edək ki, “Brayton” Ferdi Kadıoğlunu 2024-cü ildə “Fənərbaxça”dan 30 milyon avro qarşılığında transfer etmişdi.

İlin ən yaxşı klubu mükafatına namizədlər açıqlanıb

"Barselona"nın müdafiəçisi silahlı hücum nəticəsində öldürülüb

"Ayntraxt" "Qarabağ"la matçda dəstəksiz qalacaq

Kenan Yıldıza 5 illik təklif

İkardi İtaliya klublarının radarına düşüb

Seçilən
48
1
apasport.az

3Mənbələr