GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ, Slovakiya və Macarıstan Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı dəstəkləməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Varşavada jurnalistlərlə söhbəti zamanı deyib.
Onun sözlərinə görə, məsələnin praktiki tərəfi Şimali Atlantika Alyansına üzv bütün ölkələrin yekdil razılığının olmamasıdır.
“Praktiki baxımdan bir neçə üzv ölkə razılıq verməyəcək. Bu isə Ukraynanın NATO-ya qəbuluna dair yekdil qərarın olmayacağı anlamına gəlir. Bu ölkələr sırasında ABŞ, Slovakiya və Macarıstan var”, – deyə Rutte bildirib.
Bununla yanaşı, NATO-nun baş katibi vurğulayıb ki, prinsipial baxımdan Avroatlantik regionda yerləşən hər bir ölkənin alyansa üzv olmaq niyyətini ifadə etmək hüququ mövcuddur.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.