AZ

Tusk: Ukraynanın təslim olması Polşanın müstəqilliyinə təhdiddir

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Avropanın kifayət qədər dəstək verməməsi səbəbindən Ukraynanın dağılması Polşanın müstəqilliyinə birbaşa təhdid yarada bilər.

Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikirləri Polşanın baş naziri Donald Tusk səsləndirib.

Cümə axşamı jurnalistlərə açıqlama verən Tusk bildirib ki, Ukraynanın dəstəklənməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edilməsi ən effektiv və məqbul həll yollarından biridir.

Onun sözlərinə görə, mövcud şəraitdə Ukraynaya yardım göstərmək və onun təslim olmasının qarşısını almaq eyni zamanda Rusiyanın strateji üstünlük əldə etməsinə mane olmaq məqsədi daşıyır.

Baş nazir vurğulayıb ki, yanlış qərarlar və ya qərarsızlıq nəticəsində Ukrayna təslim olmağa məcbur edilərsə, bu, Polşanın müstəqilliyini ciddi təhlükə altına qoya bilər.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
reyting.az

1Mənbələr