Bakupost saytına istinadən ain.az xəbər verir.
ABŞ, Macarıstan və Slovakiya Ukraynanın NATO-ya daxil olmasına razı olmayacaqlar.
Bakupost.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rutte bildirib.
"Birlik üzvlərinin bir neçəsi Ukraynanın NATO-ya qoşulmasına razı olmayacaqlar. Bura ABŞ, Slovakiya və Macarıstan kimi ölkələr daxildir", - deyə o bildirib.
Dekabrın 9-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya qoşulmaq şansının olmadığını bildirib. O qeyd edib ki, ABŞ da daxil olmaqla, alyansın əsas üzvləri Ukraynanın bloka qoşulmasına hazır deyillər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.