AZ

Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır - Cavid Musayev

Ankara. Trend:

Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunuhər kəsdən yaxşı anlayır.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Prezident AdministrasiyasınınQeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsininKommunikasiya Siyasəti sektorunun müdiri Cavid Musayev AnkaradaTürk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışındadeyib.

“Bu gün Türkiyədə keçirilən forum sadəcə bir tədbir deyil — bu,bəyanatdır. Bu, xüsusi mənaya və böyük rəmzi dəyərə malik biraktdır.

Biz informasiya ekosisteminin misli görülməmiş təzyiq vətransformasiyalara məruz qaldığı dövrdə yaşayırıq. Geosiyasidəyişikliklər, dezinformasiyanın yayılması, rəqəmsal məkanın xaosu,texnoloji inqilablar - bunların hamısı süni intellektin mərkəzi roloynadığı yeni reallıq formalaşdırır.

Dünya dəyişir. Metodlar, təhdidlər dəyişir. Əgər hələ dünəntəhdid deyəndə silahlı hücum nəzərdə tutulurdusa, bu gün - iqtisadiblokada, kiberhücum, informasiya təzyiqi nəzərdə tutulur.İnformasiya təhlükəsizliyinin pozulması artıq abstrakt təhdiddeyil, suverenliyə birbaşa hücumdur”, - deyə o vurğulayıb.

C.Musayev qeyd edib ki, hibrid təhdidlər gündəlik həyatın birhissəsinə çevrilib:

"İstənilən ölkə, öz kimliyini qorumaq istəyirsə, informasiyaməkanına xarici müdaxiləyə qarşı öz müdafiə mexanizmləriniformalaşdırmalıdır. Burada söhbət yalnız dövlət təhlükəsizliyindəngetmir. Hər bir vətəndaşın, hər bir ağlın, hər bir canıntəhlükəsizliyi təhdid altındadır".

Onun sözlərinə görə, bu gün informasiyanın qorunması yalnızmilli təhlükəsizliyin bir komponenti deyil, onun təməlidir:

“Forumun əlaqələndiricisi Burak Özkeminin də qeyd etdiyi kimi,informasiya təhlükəsizliyi real suverenliyin ayrılmaz hissəsidir.O, tamamilə yerində olaraq buna misal kimi Qarabağ hadisələrinigöstərdi.

Azərbaycan dezinformasiyaya qarşı mübarizə nə demək olduğunu hərkəsdən yaxşı anlayır. Biz bunu öz təcrübəmizdən bilirik. Beş iləvvəl, ordumuz işğal altında olan torpaqları azad etməyəbaşlayanda, paralel olaraq bizə qarşı qlobal media məkanındaqarayaxma kampaniyası baş qaldırmışdı.

Bu, qərb kanalları, sosial platformalar, saxta narrativlərvasitəsilə edilən kütləvi hücumlar idi . Amma biz geri çəkilmədik.Dik durduq. Və bu gün artıq öz mexanizmlərimiz, resurslarımız var.Biz qarşılıq verməyi öyrəndik.

Biz beynəlxalq mediaya qapılarımızı açdıq. Xarici jurnalistlərgəldi və hər şeyi öz öz gözləri ilə gördülər — dağıdılmışşəhərləri, açılan atəşləri , dinc insanların iztirablarını. Hər günbrifinqlər keçirdik, düzgün və xronoloji dəqiq məlumat verdik vəbu, saxta xəbərlərə qarşı ən yaxşı əks-hücum idi.”

C.Musayev əlavə edib ki, Prezident İlham Əliyev 44 günlük VətənMüharibəsi dövründə xarici mediaya 30 müsahibə verib:

“"BBC", "CNN", "Euronews", "Al Arabiya", "France 24", "TRT","Anadolu Ajansı" — hamısı həqiqəti birbaşa eşitdi. Əsl Ali BaşKomandan hibrid müharibə şəraitində məhz belə davranır.”

Sektor müdiri qardaş ölkələrin, xüsusilə Türkiyə mediasınınAzərbaycanın yanında olduğunu vurğulayıb:

“Biz hücumları çiyin-çiyinə dəf etdik. Və məhz həmin dövrdə, bumübarizənin ən yüksək məqamında, Azərbaycan və Türkiyənin birgəinformasiya platformasının yaradılması ideyası meydana gəldi.

Beş il keçib. Birlikdə çox iş gördük. Bu gün biz bu işi davametdiririk. Əməkdaşlığı dərinləşdiririk, birgə platformanımöhkəmləndiririk, dezinformasiyaya qarşı birgə fəaliyyətmexanizmlərini inkişaf etdiririk. Mən əminəm ki, Türk DövlətləriTəşkilatı çərçivəsində belə platformanın yaradılması vacib vəvaxtında atılmış addımdır.

Biz bir ailəyik. Ortaq tariximiz, mədəniyyətimiz, dəyərlərimiz,hüquqi əsaslarımız var. Bu sadəcə alyans deyil — bu, Uca Tanrınınbir bəxşişidir. Biz bu birliyi gücləndirməliyik.”

C.Musayev son illərdə Türk Dövlətlər Təşkilatının, xüsusiləmedia və informasiya sahəsində, əmin addımlarla irəlilədiyinivurğulayıb. İlk dəfə TDT üzv ölkələrinin media forumu məhzAzərbaycanda keçirildi. Bu gün isə tarixdə ilk dəfə informasiya vəmedia nazirlərinin görüşü keçirilir, görüşdə dövlət və medianümayəndələri, eləcə də ekspertlər iştirak edir.

“Biz səylərimizi artırmalıyıq — manipulyasiyalara qarşı çıxmalı,informasiya dayanıqlığını möhkəmləndirməliyik. Amma bu kifayətdeyil. Biz “media gigiyenası”ndan da danışmalıyıq — yəni buradasöhbət sadəcə xəbəri oxumaqdan deyil, onun alt mətni, məqsədi,mənbəyini tanımaq bacarığından gedir. İnsanları tənqidi düşünməyiöyrətmək lazımdır. Çünki bu gün sosial şəbəkələr müharibəmeydanına, manipulyasiyalar məkanına çevrilib. Əgər cəmiyyətimizidoğrunu yalandan ayırmağa öyrətməsək, şüur uğrunda müharibəniuduzmaq riski ilə üzləşə bilərik. Və biz məhz buna görəburadayıq.

Azərbaycan qlobal müzakirələrin mərkəzinə çevrilir. Biz artıqŞuşada üçüncü qlobal media forumunu keçirdik — işğaldan azadedilmiş, rəmzi şəhərdə. Tədbirin keçirildiyi yer də dünyaya birmesajdır. Prezident İlham Əliyevin sözlərinə görə, Türk DövlətlərTəşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizimailəmizdir: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türkdünyasıdır”. Biz buna əminik. Bu sadəcə söz deyil. Bu stratejiseçimdir. Və bu seçim birdəfəlik edilib”, - deyə sektor müdiribildirib.

Qeyd edək ki, Ankarada keçirilən forumda dövlət orqanlarının,aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və sahəüzrə ekspertlər iştirak edir. Azərbaycan tərəfini Media İnkişafıAgentliyinin icraçı direktoru Əhməd İsmayılov, PrezidentAdministrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş vəKommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiriCavid Musayev, həmin şöbənin Kütləvi İnformasiya vasitələri iləəlaqələr sektorunun müdiri Kamran Qasımov, həmin şöbənin KİV iləəlaqələr sektorunun baş məsləhətçisi Pərvanə İbrahimova, Mediaİnkişafı Agentliyinin icraçı direktor müavini Natiq Məmmədli, TrendBİA-nın direktor müavini və Baku Network Analitik Mərkəzininrəhbəri Elçin Alıoğlu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzininidarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də APA İnformasiyaAgentliyinin Beynəlxalq Əlaqələr və Analitika Departamentininrəhbəri Faiq Məmmədov təmsil edirlər.

Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə,ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasirinformasiya mühitində birgə fəaliyyətin praktik mexanizmlərimüzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatınıninformasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum mediasavadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşımübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə,beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik vətəcrübə mübadiləsi platformasına çevriləcək.

Məqalədə:
Seçilən
137
6
az.trend.az

7Mənbələr