Bakı. Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovdekabrın 18-də ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili EmiKarlon ilə görüşüb.
Trend xəbərverir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Komitə sədri Ramin Məmmədov bu ilVaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika BirləşmişŞtatları Hökuməti arasında imzalanan Anlaşma Memorandumundan sonrabütün sahələrdə, o cümlədən dini müstəvidə əməkdaşlığın yenimərhələyə qədəm qoyduğunu qeyd edib. O bildirib ki, bu yenimərhələdə formalaşan imkanlardan səmərəli istifadə edərəkAzərbaycan ilə ABŞ arasında dini sahədə əməkdaşlığı inkişafetdirmək mümkündür.
Görüşdə ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din siyasətininnəticəsi olaraq formalaşmış multikultural mühitdən bəhs edən RaminMəmmədov vurğulayıb ki, bu istiqamətdə görülən məqsədyönlü işlərcəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasına, dinlərarasıhəmrəyliyin və vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmətedir. Komitə sədri ölkəmizdə ilk dəfə təşkil edilən “Fərqliliyinrəngi” festivalının yüksək səviyyədə və geniş ictimai maraqlakeçirildiyini, müxtəlif dini konfessiyaların nümayəndələrinin butədbirdə fəal iştirak etdiyini diqqətə çatdıraraq, bununAzərbaycanda qarşılıqlı hörmətə, etimada və multikultural dəyərlərəəsaslanan tolerantlıq mühitinin real göstəricisi olduğunubildirib.
ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlonölkəmizdə müşahidə olunan dini tolerantlıq, multikulturalizmmühitini yüksək qiymətləndirib, müxtəlif dini konfessiyanümayəndələri arasında mövcud olan qarşılıqlı anlaşma vəəməkdaşlığın nümunəvi xarakter daşıdığını qeyd edib.Multikulturalizmin Azərbaycanın ən güclü və cəhətlərindən biriolduğunu xüsusi vurğulayan E. Karlon ABŞ-nin əsas məqsədininregionda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanınmöhkəmlənməsinə töhfə verməkdən ibarət olduğunu bildirib. O, eynizamanda gələn il ABŞ-Azərbaycan münasibətlərinin daha da dinamikinkişaf edəcəyini, bir sıra ictimai-siyasi xadimlərin ölkəmizəsəfərlərinin planlaşdırıldığını qeyd edib. İsa Məsihin Sonuncu GünMüqəddəsləri Kilsəsinin Bakı ofisinin açılmasını yüksəkdəyərləndirildiyini vurğulayıb.
Müvəqqəti işlər vəkili ABŞ-nin Beynəlxalq Din AzadlığıKomissiyasının hesabatının qərəzli yanaşmalardan, habelə əsassıziddialardan uzaq hazırlanmasının, Azərbaycanın mövcudreallıqlarını, ölkədə dini etiqad azadlığının təmin olunması vətolerant mühitin faktiki vəziyyətini obyektiv, dolğun şəkildə əksetdirməsinin vacibliyini də xüsusi olaraq vurğulayıb.