AZ

İki sükanlı maşın sürücüsünə İKİ CƏRİMƏ YAZILDI – FOTO

Omskda “iki sükanlı” avtomobil macərası cərimə ilə bitib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Omsk şəhərində “Hyundai” markalı avtomobildə hərəkət edən şəxslər diqqət çəkiblər. Kənardan baxanda avtomobildə iki sükan olduğu görünüb.

Məlum olub ki, sərnişin əlində oyuncaq sükan tutaraq zarafat edib. Lakin bu əyləncə onlara baha başa gəlib. Yol polisi əməkdaşları avtomobili saxladıqda həm sürücünün, həm də sərnişinin təhlükəsizlik kəmərini taxmadığını aşkar ediblər.

Nəticədə, oyuncaq sükanla edilən zarafat iki inzibati cərimə protokolunun tərtib edilməsi ilə yekunlaşıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
47
interpress.az

1Mənbələr