AZ

Nicat Məmmədli problemlərə obyektiv yanaşma bacarığı ilə seçilir Ekspertdən yeni təyinatlara REAKSİYA

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Təhsilin İnkişafı Fonduna direktor təyin edilən Nicat Məmmədli Elm və Təhsil Nazirliyində ayrı-ayrı vəzifələrdə çalışıb. Ali təhsil üzrə geniş bilik və dünyagörüşünə malikdir".

Bu fikrləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin Təhsilin İnkişafı Fonduna direktor təyin edilməsinə münasibət bildirərkən dedi.

"Eyni zamanda, Nicat Məmmədli problemlərə obyektiv yanaşma bacarığı ilə seçilir və düşünürəm ki, Təhsilin İnkişaf Fondunda fəaliyyəti uğurlu olacaq".

E.Qafarov elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlının Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilməsi barədə də fikirlərini bölüşdü:

"Amma İlqar Bayramlının təyinatı bəzi suallar yaradır. “Azqranata”dan Elm və Təhsil Nazirliyinə transfer olan növbəti kadrlardan biridir. Şəxsi tanışlığım yoxdur, təhsillə bağlı fəaliyyəti də yoxdur ki, izləyək, dəyərləndirək. Bu insan təhsildən başqa bütün sahələrdə çalışıb və Elnur Nəsirovdan sonra bir neçə aylıq Təhsil İnkişaf Fonduna rəhbərlik edib. Bu qədər strateji bir sahəyə, peşə təhsilinə rəhbər təyin olunması müəyyən suallar yaradır və bu da təəccüblü deyil. Ümumiyyətlə, Emin Əmrullayevin “Azqranata”ya olan məhəbbəti, sevdası görünür, çox ciddidir. “Azqranata” MMC-dən təhsilin funksional vəzifələrinə transferlərin davam edəcəyi də görünür".

Müsahibimiz hər iki kadra fəaliyyətlərində uğurlar arzuladı:

"Təhsilimiz üçün uğurlu olsun, əsas məsələ də budur. Peşə təhsili darmadağın olub, ölkədə elə bir təhsil pilləsi yoxdur ki, orada vəziyyət faciəvi olmasın. Amma ən böyük sərmayə yatırımı da məhz peşə təhsilinədir, ən bərbad vəziyyət də yenə peşə təhsilindədir. Yəni qəti bir söz demək çətindir, çünki insanı tanımıram. Lakin şəxsi tərcümeyi-halına baxanda görünür ki, təhsildən başqa bütün sahələrdə çalışıb və sonuncu iş yeri də “Azqranata” olub. Baxaq, görək necə olacaq. Əsas odur ki, təhsilimiz üçün xeyirli olsun".

Aytəkin TOFiQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
1
redaktor.az

2Mənbələr