Paytaxtın Şıxəli Qurbanov küçəsində mikromobillik zolağı təşkil edilir.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir, yol nişanları quraşdırılır.
Növbəti mərhələdə isə Cəfər Cabbarlı küçəsində bu tip zolaqlar təşkil ediləcək.