AZ

Prezidentin BƏƏ yə səfərinin iqtisadi faydaları kifayət qədərdir

ain.az, Newscenter.az saytına istinadən bildirir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Bakı ilə Əbu-Dabi arasında münasibətlərin inkişafına yeni bir mərhələnin başlanğıcı olacaq. Bu səfərin siyasi əhəmiyyəti ilə yanaşım iqtisadi faydaları da kifayət qədərdir”.Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, BƏƏ-nin qabaqcıl maliyyə institutları və investisiya fondları Azərbaycanın nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm və yüksək texnologiyalar sahələrinə geniş maraq göstərir və qeyd edilən istiqamətlərdə əməkdaşlığa meyillidirlər:“Azərbaycan–BƏƏ əməkdaşlığında energetika sahəsi xüsusi yer tutur. Prezident İlham Əliyevin səfəri zamanı ən çox diqqət çəkən istiqamətlərdən biri bərpa olunan enerji olub. BƏƏ bu sahədə qlobal liderlərdən biri kimi tanınır və Azərbaycanla “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq artıq praktik mərhələyə keçib.Xüsusilə günəş və külək enerjisi layihələri, eləcə də Azərbaycanın “yaşıl enerji zonası” elan edilmiş ərazilərində BƏƏ şirkətlərinin fəaliyyəti iki ölkənin enerji təhlükəsizliyi və iqlim öhdəlikləri baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycanın regional “yaşıl enerji” mərkəzinə çevrilməsi hədəfinə mühüm töhfə verir”.Arzuman Muradlı deyib ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində artan rolu BƏƏ üçün xüsusi maraq kəsb edir:“Səfər çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, liman infrastrukturu, hava nəqliyyatı və tranzit imkanlarının artırılması məsələləri müzakirə olunub. Bu, Orta Dəhliz vasitəsilə Asiya–Avropa ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edir”.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
newscenter.az

2Mənbələr