AZ

Ukrayna Krımda mühüm obyektləri vurdu Siyahı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Dekabrın 17-si axşam saatlarında Ukrayna Krımdakı Belbek hərbi aerodromuna zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “UNİAN” nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna dronlarının zərbələri nəticəsində mühüm obyektlər vurulub:

1) İki uzaqmənzilli radar aşkarlama sistemi “Nebo-SVU” (birinin qiyməti təxminən 60-100 milyon dollardır);

2) S-400 “Triumph” zenit-raket sisteminin tərkib hissəsi olan 92N6 radar (daxili bazar üçün təxmini qiymət 30 milyon dollar, ixrac üçün isə 60 milyon dollardır);

3) “Pantsir-S2” zenit-raket sistemi (daxili bazar üçün təxmini qiymət 12 milyon dollar, ixrac üçün isə 19 milyon dollardır);

4) Tam sursat dəsti ilə təchiz olunmuş MiG-31 təyyarəsi (təxmini qiymət: konfiqurasiyadan və silahlanmadan asılı olaraq 30-50 milyon dollar)”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
144
globalinfo.az

1Mənbələr