AZ

Kremldən Türkiyənin S 400 dən imtinası ilə bağlı xəbərlərə reaksiya

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dmitri Peskov: “Putin və Ərdoğan Aşqabadda S-400 hava hücumundan müdafiə sistemini müzakirə etməyiblər”

“Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən görüşdə S-400 hava hücumundan müdafiə sistemlərini müzakirə etməyiblər”.

AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü müvafiq suala cavab olaraq “Bu mövzu gündəmdə deyildi” deyə bildirib.

“Bloomberg”in məlumatına görə, Türkiyənin ABŞ ilə münasibətləri yaxşılaşdırmaq və Amerikanın F-35 qırıcı təyyarələrini geri qaytarmaq üçün S-400-ü Rusiyaya qaytarmaq istədiyini bildirmişdi. Hesabatın müəllifləri iddia edirlər ki, Putin və Ərdoğan bu məsələni Aşqabadda keçirilən danışıqlar zamanı müzakirə ediblər.

Noyabrın 6-da məlum olub ki, Türkiyə hakimiyyəti ABŞ-ın tələbi ilə Rusiyanın S-400 sistemlərindən tamamilə imtina etməmək qərarına gəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
114
ayna.az

1Mənbələr