AZ

NASA-dan doğum günü hədiyyəsi: Həmin tarixdə kosmos necə görünürdü?

NASA doğum gününüzdə kosmosun necə göründüyünü göstərən bir veb sayt yaradıb.

Publika.az xəbər verir ki, NASA "Hubble" kosmik teleskopu ilə illər ərzində qeydə alınan unikal şəkillər sayəsində maraqlı addım atıb.

Yeni veb sayt sayəsində siz doğum tarixinizi qeyd edərək həmin gün kainatın necə göründüyünü görə bilərsiniz.

Bunun üçün NASA-nın "Hubble" kosmik teleskopuna aid “What Did Hubble See on Your Birthday?” (Habl doğum gününüzdə nə gördü) səhifəsinə keçid edə bilərsiniz. Daha sonra açılan ekranda doğum tarixinizi seçməlisiniz.

Seçilən
53
publika.az

1Mənbələr