GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Səhvlərimizdən nəticə çıxarmalıyıq. Deyə bilərik ki, Qarabağ ermənilərinin geridönüşü gündəmini qəbul edirik. Bundan kim qazanacaq?”
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Siz nə dediyinizi başa düşürsünüz? Deyirsiniz ki, gəlin Qarabağ ermənilərini “əbədi mühacir statusu”na məhkum edək ki, sonda harada olduqlarını bilməsinlər. Özləri, övladları, nəvələri harada yaşayacaqlar? Ünvan varmı? Mən deyirəm ki, ünvan var və bu, beynəlxalq səviyyədə tanınmış Ermənistan Respublikasıdır”, – o qeyd edib.
Paşinyan deyib ki, ermənilərin Qarabağa qayıdışından imtina edib:
“Açıq deyirəm: biz bu yoldan imtina edirik, çünki bu yol bizi və qismən Qarabağ ermənilərini əbədi mühacir statusuna məhkum edə bilər. Biz deyirik: əziz qarabağlı bacı və qardaşlar, siz Ermənistan Respublikasında məskunlaşmalı, Ermənistan vətəndaşlığı almalısınız”.
Safura Bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.