AZ

“Barselona”nın futbolçusunu güllələdilər FOTO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Ekvadorun "Barselona" klubunda çıxış edən futbolçu Mario Pineyda qətlə yetirilib.

Milli.Az-ın məlumatına görə, 33 yaşlı oyunçu Quayakil şəhərində mağaza yaxınlığında silahlı hücuma məruz qalıb. Naməlum şəxslər Pineydaya bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Yerli mətbuatın yazdığına görə, hadisə zamanı Pineydayanın həyat yoldaşı da öldürülüb, anası isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mario Pineyda təxminən 10 il ərzində "Barselona" klubunun formasını geyinib. O, bu müddət ərzində komanda ilə iki dəfə ölkə çempionu titulunu qazanıb.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
1
news.milli.az

10Mənbələr