AZ

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib

Polşada dislokasiya olunan “Patriot” zenit-raket sistemləri döyüş növbəsinə qoyulub və hazırlıq vəziyyətinə gətirilib.

AZƏRTAC xəbər verir ki, RMF24 radiostansiyasının məlumatına görə, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu barədə Raket Hücumundan Müdafiə qüvvələrinin 3-cü briqadasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 2027-2029-cu illər arasında hava məkanını qorumaq üçün Polşaya daha 48 ədəd “Patriot” buraxılış qurğusu tədarük olunacaq və onlar ABŞ-dan alınan F-35 qırıcı təyyarələrlə birlikdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Polşa 2018-ci ildə “Patriot” zenit-raket sistemlərinin tədarükü ilə bağlı ABŞ-la müqavilə imzalayıb. Müqavilə 16 ədəd buraxılış qurğusunun, 208 raketin və dörd LTAMDS radar stansiyasının alınmasını nəzərdə tuturdu.

Seçilən
13
3
yeniazerbaycan.com

4Mənbələr