AZ

Zaporojye vilayətində məcburi təxliyə zonası genişləndirilib

Kiyev, 18 dekabr, AZƏRTAC

Ukraynanın Zaporojye bölgəsində uşaqlı ailələr üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən məcburi təxliyə zonası genişləndirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Zaporojye Xüsusi Əməliyyat Qüvvələrinin rəisi İvan Fedorov telemarafon zamanı açıqlayıb. Onun sözlərinə görə, məcburi təxliyə Zaporojye və Pologovıy rayonlarında genişləndirilir. Fedorov qeyd edib ki, bu, Rusiya dronlarının artan məsafəsi ilə bağlıdır.

"Düşmən infrastrukturumuzu hədəf almaq üçün getdikcə daha çox yeni vasitələrdən istifadə edir. Məsələn, bir neçə gündür ki, düşmənin 30-35 km uça bilən fiber optik kabellərdə "Molniya" dronlarından istifadə etdiyini görürük. Faydalı yük azdır, lakin bu, həm binalara, həm də insanlara zərər verə bilər",- deyə xüsusi əməliyyat qüvvələrinin rəisi bildirib.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
94
azertag.az

1Mənbələr