AZ

"Ramin-Nur” obyekti ilə bağlı yayılan iddialara cavab: "Məsuliyyət icarədara aiddir" » AzadMedia.az


Sosial şəbəkələrdə və bəzi media resurslarında Bakı şəhərində yerləşən “Ramin-Nur” adlı obyektlə bağlı yayılan məlumatlarla əlaqədar aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən obyekt Xəlil Göyüşov tərəfindən birbaşa idarə edilmir.

Araşdırma zamanı müəyyən edilib ki, mövcud icarə müqaviləsinə əsasən obyekt rəsmi qaydada üçüncü şəxsə icarəyə verilib. Obyektin faktiki fəaliyyəti, gündəlik idarə olunması, göstərilən xidmətlərin keyfiyyəti və qanunvericiliyin tələblərinə əməl edilməsi tam şəkildə icarəçi şəxsin məsuliyyətinə daxildir.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən yoxlamalar zamanı aşkar edilən pozuntularla bağlı inzibati tədbirlər və cərimələr də məhz obyekti faktiki idarə edən icarəçi barəsində tətbiq olunub. Aparılan araşdırmalar çərçivəsində Xəlil Göyüşov haqqında hər hansı inzibati və ya hüquqi məsuliyyətin müəyyən edilmədiyi məlum olub.

Qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, icarəyə verilmiş obyektin fəaliyyəti zamanı istehlakçılarla bağlı yaranan hallar və aşkar edilən pozuntular həmin obyekti faktiki idarə edən şəxsə aid edilir. Bu baxımdan, mülkiyyətçi ilə icarəçi anlayışlarının qarışdırılması hüquqi baxımdan düzgün deyil və ictimaiyyətdə yanlış təsəvvür yaradır.

Araşdırma nəticəsində o da məlum olub ki, bəzi məlumatlarda faktların təhrif edilməsi və məsuliyyətin bilərəkdən mülkiyyətçinin üzərinə yönəldilməsi yolu ilə Xəlil Göyüşovun işgüzar nüfuzunun zədələnməsinə cəhd göstərilir. Bu yanaşmalar reallığı əks etdirmir və hüquqi əsaslara söykənmir.


.
Seçilən
106
1
azadmedia.az

2Mənbələr