AZ

Transgenderlə əyləncə baha başa gəldi – Turistə 99 illik QADAĞA

Rusiyalı turistə 99 illik qadağa və həbs təhlükəsi yaranıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Novosibirskdən olan Nikita adlı turist sentyabr ayında Taylandın Pattaya şəhərinə gəlib və burada yaşamağa davam etmək qərarına gəlib.

Tanışlarının məsləhəti ilə o, Sunisa adlı taylandlı qadından üç aylıq mənzil kirayələyib. Aylıq kirayə haqqı 20 000 bat (təxminən 1 080 manat) məbləğində razılaşdırılıb.

Lakin Nikita pullarını qısa müddətdə xərcləyərək bitirib. O, mənzili vaxtından əvvəl tərk etmək istəsə də, buna nail ola bilməyib. Ev sahibi ondan transgenderlə cinsi əlaqə zamanı sındırdığı şüşə masanın pulunu tələb edib.

Tərəflər arasında yaranan münaqişə zamanı kişi ev sahibini öldürməklə hədələyib. Qadın buna dözməyərək polisə şikayət edib.

İndi turisti Taylanda girişinə 99 illik qadağa və bir neçə yüz min bat məbləğində cərimə gözləyir. Əgər o, cəriməni ödəməsə, onu həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
139
interpress.az

1Mənbələr