AZ

Jurnalistlərin iş məsələsi GÜNDƏMDƏ KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Həkimlər və müəllimlər kimi jurnalistlərə də məcburi və ya könüllü təyinat sisteminin tətbiqi məsələsi müzakirə mövzusuna çevrilib. Maraqlıdır, jurnalistlərə də məcburi və ya könüllü təyinat sistemi tətbiq edilə bilərmi?

“Pravda.az” saytının təsisçisi və baş redaktoru İlkin Pirəli KONKRET.az-a açıqlamasında bildirib ki, bəzi peşələrin xüsusiyyətlərinə uyğun olaraq məcburi təyinat vacib sayıla bilər, lakin jurnalist peşəsi üçün bu yanaşma uyğun deyil.

Onun sözlərinə görə, məcburi təyinat qəbulolunmazdır və bu halda görülən işin effekti də azalır:

“Praktikada görmüşük ki, məcburi təyinatla çalışanlar əsasən müəyyən olunmuş müddətin bitməsini gözləyirlər. Çünki onların xəyalları və hədəfləri tamam başqa yerdədir”.

İlkin Pirəli qeyd edib ki, təyinat sistemi könüllü və tövsiyə xarakterli olarsa, müəyyən mənada dəyərləndirilər:

“Bu, xüsusilə işsizliyin artdığı bir dövrdə müsbət rol oynayar. Lakin jurnalist peşəsi azaddır və inzibati qaydada tənzimlənməsi yaradıcılığa mənfi təsir göstərə bilər”.

Baş redaktorun fikrincə, jurnalistlər üçün seçim azadlığı əsas prinsip olmalıdır:

“Onsuz da bacarığı və peşəkarlığı olan jurnalist üçün istənilən media orqanında iş tapmaq mümkündür”.

Qeyd edək ki, jurnalistlər üçün məcburi və ya könüllü təyinat sisteminin tətbiqi ilə bağlı məsələ mediada və ictimai müzakirələrdə zaman-zaman gündəmə gəlir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
konkret.az

2Mənbələr