AZ

MHP lideri Öcalanın azadlığa buraxılması tələbinə münasibət bildirdi

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilk dəfə Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) mitinq keçirmək qərarı ilə bağlı danışıb.

“Yeni Sabah” xəbər verir ki, mitinq Abdullah Öcalanın azadlığa buraxılması tələbi ilə keçiriləcək.

Baxçalı bu tələbə toxunaraq deyib: “Mənim qənaətimə görə, Xalqların Bərabərlik və Demokratiya Partiyasının yanvarın 4-ə təyin olunan tədbirinin heç bir mənfi tərəfi yoxdur. Qoy 4 yanvar 2026-cı ildə toplansınlar, tələblərini açıqlasınlar, buna etirazım yoxdur. Lakin bir məqamın unudulmamasına ümid edirəm: PKK-nın qurucu rəhbərliyinin 27 fevral 2025-ci il tarixli müraciətində həbsdən çıxmaq və azadlığa qovuşmaq tələbi yer almır.

Əvvəlcə onu qeyd etməliyəm ki, fikir və ifadə azadlığının qanuni çərçivəsində qüvvədə olan qanunlar və Konstitusiya müddəaları daxilində hər kəsin, hər bir siyasi partiyanın toplaşmaq, nümayiş və açıq hava toplantısı keçirmək hüququ var. Demokratiyanın mahiyyəti və ümumi prinsipləri bu baxımdan məlumdur.

CHP-nin bu günə qədər 75 mitinq keçirdiyi, digər partiyaların da müxtəlif platformalarda qapalı və ya açıq hava toplantıları təşkil etdiyi bir şəraitdə Xalqların Bərabərlik və Demokratiya Partiyasının mitinq keçirməsi böyüdüləcək və problem yaradacaq məsələ deyil. Əlbəttə, toplanıb gözləntilərini, tələblərini və fikirlərini səsləndirə bilərlər. Bunun nəyi pisdir?

DEM-in Türkiyə partiyası olma istiqamətində atdığı qəti addımları görür və dəyərli hesab edirəm.

4 yanvar 2026-cı ildə toplansınlar, tələblərini açıqlasınlar, buna etirazım yoxdur.

Adi bir hadisəyə fövqəladə məna yükləməyin heç bir nəticə verməyəcəyini xüsusilə vurğulamağı zəruri hesab edirəm”.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
75
yenisabah.az

1Mənbələr