AZ

“Qarabağ”la oyuna yeni ulduzla

“Bornmut”un vingeri Antuan Semenyo “Liverpul”a keçidə bir addım da yaxınlaşıb.

Msport.az xəbər verir ki, Mersisayd klubu Qana millisinin 25 yaşlı oyunçusu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.

Semenyo Premyer Liqanın digər top-klublarının marağına baxmayaraq, karyerasını məhz “Liverpul”da davam etdirmək niyyətindədir. Onun bu seçimi transfer prosesini xeyli sürətləndirib.

Semenyo cari mövsümdə İngiltərə çempionatında 15 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
124
msport.az

1Mənbələr