Bakı. Trend:
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin sınaqlarının 2025-ciildə başa çatdırılması, həmçinin gömrük prosedurlarınıntəkmilləşdirilməsi daşımaların həcminin bərpasına töhfə verəcək.Bu, Türkiyə və Azərbaycanın Gürcüstanla dəmir yolu əlaqəsindən tamşəkildə istifadə etməsinə imkan yaradacaq.
Trend bu barədə“S&P Global Ratings”ə istinadən məlumat verir.
Qeyd olunur ki, “S&P” 2025–2027-ci illərdə “Gürcüstan DəmirYolu” ASC (GR) üzrə yükdaşımaların həcminin mərhələli şəkildə bərpaolunacağını gözləyir. Buna mövcud buraxılış qabiliyyətiməhdudiyyətlərinin aradan qaldırılması şərait yaradacaq.
“Əsas xəttin modernləşdirilməsi üzrə yaxın zamanda başaçatdırılmış layihə dəmir yolunun ötürücülük qabiliyyətiniəhəmiyyətli dərəcədə artıraraq illik təxminən 48 milyon tonaçatdırıb, hansı ki, əvvəl bu göstərici 27 milyon ton idi. Layihə2025-ci ilin sentyabrında istismara verilib və onun 2026-cı ildənetibarən tam gücü ilə reallaşdırılması gözlənilir.
Bundan əlavə, agentliyinin proqnozuna görə, GR-in mövcudstrateji və marketinq səyləri, həmçinin dövlət tərəfindəndəstəklənən təkmilləşdirmələr orta və uzunmüddətli perspektivdədaşımaların həcminin bərpasına xidmət edəcək”, – deyə məlumatdaqeyd olunub.
"S&P"nin bildirdiyinə görə, yükdaşımaların həcmininbərpasında əsas amil GR-in artımın davam etdirilməsi, mövcudinfrastrukturun saxlanılması və hərəkət tərkibinin yenilənməsi üçüntələb olunan yüksək kapital xərclərinin (capex) öhdəsindən gələbilməsidir.