Bakı. Trend:
2025-ci ilin dekabrında Azərbaycanın görkəmli musiqi xadimiRəşid Behbudovun anadan olmasının 110 ili tamamlandı. Bu əlamətdargün münasibətilə ABB-nin dəstəyi ilə Azərbaycan Milli İncəsənətMuzeyində Rəşid Behbudova həsr olunmuş “Səsin rəngi” sərgisikeçirilib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, ABB-nin İdarə Heyətininsədri Abbas İbrahimov, Milli Məclisin deputatları, ölkəmizingörkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edib. Sərgidədünyanın ayrı-ayrı ölkələrindən olan rəssamların Rəşid Behbudovahəsr etdikləri sənət əsərləri nümayiş olunub.
Sərginin ən maraqlı əsərlərindən biri Rəşid Behbudovun 1992-ciildə Şuşada itmiş məşhur rəsmidir. Azərbaycanın xalq rəssamı AsəfCəfərovun 1975-ci ildə çəkdiyi “Rəşid Behbudov” tablosu Azərbaycanrəngkarlıq sənətinin incilərindən sayılırdı. Rəsm Rəşid Behbudovun60 illik yubileyi münasibətilə çəkilmiş, 1982-ci ildə görkəmlisənətkarın ata yurdunda - Şuşada Rəsm Qalereyası açılanda əsərQalereyaya hədiyyə edilmişdi. Tablo Şuşa Rəsm Qalereyasının daimiekspozisiyasında təqdim olunurdu.
Əfsuslar olsun ki, 1992-ci ildə Şuşanın işğalı zamanıAzərbaycanın bir çox mədəni dəyərləri kimi “Rəşid Behbudov” rəsmidə talan edildi və yoxa çıxdı. Əsərin tapılması üçün aparılanaxtarışlar heç bir nəticə vermədi.
Bu il unudulmaz sənətkarın 110 illik yubileyi münasibətiləABB-nin təşəbbüsü əsasında Azərbaycanın əməkdar rəssam NatiqSəfərov “Rəşid Behbudov” əsərini eyni şəkildə yenidən yaradıb. ABBəsəri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Şuşa RəsmQalereyasına hədiyyə verəcək.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:
“Bu, sadəcə yenidən çəkilmiş rəsm əsəri deyil.Yaddaşlardan, arxivlərdən, xatirələrdən toplanaraq yenidən həyataqaytarılmış dəyərdir. İndiki və gələcək nəsillər bu rəsmə tarixiyaddaşımızın canlı nümunəsi kimi baxacaqlar”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldəetmək olar.