AZ

Məhkəmə 1 milyon manat mənimsəyən avtosalon rəhbərlərinə ağır cəza verdi

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq avtosalon rəhbərləri Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə  məhkəmə araşdırması yekunlaşı .

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hokm oxunub. Hökmə əsasən,  Kamil Habilli və Fərid Cəlalov hər birinin 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı ötən prosesdə hər iki təqsirləndirilənin 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Xatırladaq ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və onlara ümumilikdə təxminən 1  milyon manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib. İstintaq materiallarina əsasən, təqsirləndirilənlər avtomobil satışı adı ilə vətəndaşlarin pullarını mənimsəməkdə ittiham olunurlar.

Seymur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
2
unikal.az

3Mənbələr