Qoz qabığı, adətən atılan bir qalıq kimi görünür, amma saç və sağlamlıq üçün bir çox faydalara malikdir.
Pravda.az bildirir ki, təbii maddələrlə zəngin olan qoz qabığı, xüsusilə saç sağlamlığını dəstəkləmək üçün evdə tətbiq edilə biləcək sadə və təsirli üsullardandır.
Qoz qabığının faydaları:
Saçların güclənməsi və tökülmənin azalması: Qoz qabığı saç köklərini qidalandıraraq saçların daha sağlam və qalın olmasına kömək edir.
Təbii saç baxımı: Evdə hazırlanan qoz qabığı maskası ilə saçlara kimyəvi məhsullara ehtiyac olmadan təbii yolla qulluq edilə bilər.
İstifadə qaydası:
10 ədəd qoz qabığını 2 stəkan suda 10–15 dəqiqə qaynadın. Soyuduqdan sonra suyu süzərək saçlarınızı bu su ilə yuyun. Müntəzəm tətbiq nəticəsində saçlar daha sağlam və parlaq görünə bilər.
Qoz qabığı suyu, saçların qidalanmasını təmin etməklə yanaşı, saç tökülməsinin azalmasına da dəstək olur.
Əminə Bayramova