Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
"Tərəqqi" medalı ilə təltif edilənlərdən biri də infeksionist Təyyar Eyvazovdur.
Ölkə.az Təyyar Eyvazovun qısa bioqrafiyasını təqdim edir.
Təyyar Eyvazov 27 may 1961-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profillaktika fakultəsinə daxil olub, 1984-cü ildə oranı bitirib.
Yoluxucu xəstəliklər üzrə, o cümlədən qastroenterologiya üzrə müxtəlif təkmilləşdirmə kursları keçib. 2006 və 2007-ci illərdə ABŞ-da xüsusi təhlükəli infeksiyalar kursunu bitirib.
Bundan başqa, Türkiyədə, Rusiyada, Latviyada, Misirdə, Avstriyada, Almaniyada, İsraildə təcrübə keçib. 1997-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Yoluxucu xəstəliklər, o cümlədən kəskin və xroniki virus hepatitləri, digər qaraciyər xəstəlikləri, bağırsaq, zoonoz, hava-damla, neyroinfeksiyalar və başqa sahələrdə təcrübəsi var.
Həmidə İbrahimova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.