Ukraynada xaricdəki ukraynalıların seçkidə elektron səsvermə variantı araşdırılır.
7News.Az "RBC Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Eyni zamanda, prezident qeyd edib ki, o, ukraynalıların "Diya" sistemi və ya digər elektron vasitələrlə səs verməsi ideyasını çoxdan dəstəkləyib. Bu, xüsusilə xaricdəki ukraynalılara aiddir.
V.Zelenski əlavə edib ki, hazırda yalnız prezident seçkisinin keçirilməsi məsələsinə baxılır. ABŞ Ukraynadan yalnız prezident seçkisinin keçirilməsini tələb edib, parlament və ya bələdiyyə seçkisindən isə söhbət getməyib.