AZ

Beynəlxalq Miqrant Günü

Bakı, 18 dekabr, AZƏRTAC

Dünyada hərəkət edən miqrantların sayının daim artması fonunda 2000-ci il dekabrın 4-də BMT Baş Assambleyası 18 dekabrı miqrantların cəmiyyətdəki rolunu və töhfəsini tanımaq günü elan etdi.

AZƏRTAC xəbər verir ki, bu qərar son illərdə bütün dünyada miqrantların sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar qəbul edilmişdi.

Qətnamədə, həmçinin bütün BMT üzv dövlətləri, hökumət və qeyri-hökumət təşkilatlarına miqrantların insan hüquqları və əsas azadlıqları haqqında məlumatın yayılması, təcrübə mübadiləsinin aparılması və onların müdafiəsinin təmin edilməsi üzrə fəaliyyət əsasında Beynəlxalq Miqrant Gününü qeyd etmək təklif olunub.

Miqrasiya bir sıra amillərlə şərtləndirilən qlobal fenomendir. Əsas səbəb insanın ləyaqətli, təhlükəsiz və dinc həyat istəyidir. Evini tərk etmək qərarı həmişə son çarədir, çox vaxt təhlükəli və bəzən ölümcül bir dərbədər gəzmənin başlanğıcı deməkdir.

Bir çox inkişaf etmiş və sürətlə inkişaf edən ölkələrə xarici podrata verilə bilməyən və yerli əhalinin təklif olunan əməkhaqqından imtina etdiyi iş yerlərini doldurmaq üçün əməkçi miqrantlar tələb olunur. Tələbatın artması, həmçinin əhalinin yaşlanması ilə izah olunur, çünki öhdədə olanlara nisbətən işçi qüvvəsi çatışmazlığın yaranır. Gənc nəsillərin təhsil səviyyəsi artdığına görə, onların az hissəsi az maaşlı, fiziki cəhətdən ağır işə razılaşır.

Faktlar sübut edir ki, miqrantlar hər yerdə cəmiyyətləri zənginləşdirir və iqtisadi, sosial və mədəni nöqteyi-nəzərindən güclü inkişaf qüvvəsidir. Bundan əlavə, beynəlxalq miqrasiya bir çox hallarda həm mənşə, həm də təyinat ölkələri üçün faydalıdır. Miqrantlar çox vaxt öz doğma ölkələri ilə möhkəm əlaqələr saxlayırlar, eyni zamanda, zəngin bilik, təcrübə və bacarıqlar gətirdikləri yeni icmaları qəbul edirlər. Buna baxmayaraq, bütün dünyada miqrantlara qarşı düşmənçilik artır.

Bundan əlavə, təhlükəsiz və müntəzəm miqrasiya yollarının davamlı olmamasına görə hər il milyonlarla insanı təhlükəli səyahətlərə çıxmağa məcbur olur. 2014-cü ildən bəri bütün dünyada miqrasiya yollarında 50 mindən çox miqrant həlak olub.

Buna görə də, miqrasiya kimi fenomen getdikcə daha çox ictimaiyyətin diqqətini cəlb edir. Ekspertlərin qiymətləndirmələrinə görə, beynəlxalq miqrantların ümumi sayı 2000-ci ildəki 175 milyondan 2021-ci ildə 281 milyona yüksəlib ki, bu da dünya əhalisinin 3,6%-ni təşkil edir. Planetdə hər otuz beş nəfərdən biri miqrantdır, hansı ki, öz ölkəsindən kənarda yaşayır və işləyir. Hər on miqrantdan biri 15 yaşdan kiçikdir. Miqrantların əksəriyyəti Avropada (87 milyon) və Asiyada (86 milyon) yaşayır.

Miqrasiya prosesi ilə bağlı çətinliklərin gözlənilməzliyi, təcililiyi və mürəkkəbliyi regionlar və ölkələr arasında əlaqələndirilmiş fəaliyyət və əməkdaşlıq tələb edir. BMT bu sahədə fəal rol oynayır, ölkələr və regionlar arasında dialoq və qarşılıqlı əlaqənin qurulmasını asanlaşdırır, təcrübə mübadiləsini təşviq edir və əməkdaşlıq imkanlarını genişləndirir.

2016-cı il sentyabrın 19-da Baş Assambleya Qaçqınlar və Miqrantlar üzrə ilk Yüksək Səviyyəli Görüşdə qaçqınların və miqrantların müdafiəsini gücləndirmək üçün bir sıra öhdəliklər qəbul etdi. Bu öhdəliklər Nyu-York Bəyannaməsində yer alıb. Burada dünya liderlərinin həyatların xilas olunmasına, insan hüquqlarının qorunmasına və qlobal səviyyədə məsuliyyətin bərabər şəkildə bölünməsinə yönəlmiş siyasi iradəsi ifadə olunur. 2018-ci il dekabrın 10-da Mərakeşdə keçirilən Hökumətlərarası Konfransda 164 dövlətin nümayəndələri Təhlükəsiz, Nizamlı və Leqal Miqrasiya haqqında Qlobal Sazişi təsdiqləyiblər.

UNESCO, həmçinin 2030-cu ilə qədər dövrdə Davamlı İnkişaf Gündəliyində əks olunan miqrasiya ilə bağlı öhdəliklərin həyata keçirilməsini təşviq etmək üçün səy göstərir. İlk növbədə, söhbət təhsil sahəsindən gedir, burada UNESCO diplom və təhsil haqqında şəhadətnamalərin tanınması prosedurlarını asanlaşdırmaq yolu ilə suriyalı qaçqınlar tərəfindən keyfiyyətli təhsilin alınmasını təşviq edir.

UNESCO Beynəlxalq İnklüziv və Davamlı Şəhərlər Koalisiyası (ICIC) layihəsi çərçivəsində yerli səviyyədə miqrantlara qarşı qonaqpərvər münasibət prinsiplərinin təşviqi ilə məşğuldur. BMT üzrə digər tərəfdaşları ilə birlikdə UNESCO miqrasiya proseslərini daha təhlükəsiz, daha sivil və daha nizamlı etmək üçün qlobal sazişin hazırlanması üzərində çalışan Qlobal Miqrasiya Qrupunun işində fəal iştirak edir.

Seçilən
78
azertag.az

1Mənbələr