AZ

13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidmətiərazisiərazisində 800-ə yaxın Eldar şamı ağacı əkilib - FOTO

Ölkəmizin hər yerində olduğu kimi, Bərdə rayonunda da ətraf mühitin qorunması və yaşıllıqların artırılması məqsədilə genişmiqyaslı ağacəkmə aksiyaları davam etdirilir. Bu gün növbəti belə aksiya Bərdə rayonunda, 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti  ərazisi olan Aslan–Əyricə meşəbəyliyində təşkil olunub. Aksiya çərçivəsində 1 hektar ərazidə 800-ə yaxın Eldar şamı ağacı əkilib.


Ekologiya.az bildirir ki, ağacəkmə aksiyasında IDEA İctimai Birliyinin nümayəndələri və  eyni zamanda 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi və əməkdaşları fəal iştirak ediblər. Bununla yanaşı, ərazidə müxtəlif növ digər ağac tingləri də əkilərək yaşıllıq zolağının daha da zənginləşdirilməsi təmin olunub.


Tədbirin əsas məqsədi ekoloji tarazlığın qorunması, torpaqların münbitliyinin artırılması, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması və gələcək nəsillər üçün sağlam ətraf mühitin formalaşdırılmasıdır.

13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məzahir Qasımov bildirib ki, ağacəkmə və yaşıllıqların bərpası istiqamətində aparılan işlər mütəmadi xarakter daşıyır. Onun sözlərinə görə, meşə fondunun zənginləşdirilməsi, yeni yaşıllıq sahələrinin salınması və mövcud ərazilərin qorunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək.


Belə aksiyalar ekoloji maarifləndirmənin gücləndirilməsinə, ictimaiyyətin ətraf mühitə qayğı ilə yanaşmasının təşviqinə və ölkəmizin daha yaşıl gələcəyinin qurulmasına mühüm töhfə verir.


Seçilən
133
ekologiya.az

1Mənbələr