AZ

“Putinin Kupyanskın tutulması ilə bağlı yalanı amerikalılara güclü təsir edib” - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bütün müttəfiqlərin Rusiyanın Xarkov vilayətinin Kupyansk şəhərinin guya rus işğalçıları tərəfindən tutulması ilə bağlı yalanlarından xəbərdar olduğunu vurğulayıb.

Herbiand.az bildirir ki, bu barədə Zelenski WhatsApp-da onlayn brifinq zamanı söyləyib.

Dövlət başçısı xüsusən, beynəlxalq tərəfdaşların Kupyanskdan onun müraciətini görüb-görməmələri, Putinin yalan danışdığını başa düşüb-düşməmələri və bunun danışıqlara necə təsir göstərməsi barədə sualı cavablandırıb: “Bu, həm amerikalılara, həm də avropalılara böyük təsir etdi. Hər kəs bunu yüksək qiymətləndirdi, Kupyanskı saxladıqlarına görə bizim əsgərləri də. Və şəxsən mənim orada olmağım Putinin işğal olunmuş yeni ərazilərlə bağlı yenidən yalan danışdığını təsdiqlədi. Bu, amerikalılarla söhbətlərimə təsir etdi. Bu, mənim avropalılarla şəxsi söhbətlərimə də çox təsir etdi. Mənə elə gəlir ki, həmçinin, belə gündə şəxsən bizim qəhrəmanları təltif etmək vacibdir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
106
herbiand.az

1Mənbələr